Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına səfəri sentyabrın 15-də başa çatıb. Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər yola saldılar.
Sentyabrın 14-də Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun adından Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlərin şərəfinə rəsmi qəbul verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sonra dövlət başçıları Tacikistanın təbii sərvətlərinin nümayiş olunduğu sərgiyə baxıblar. Daha sonra prezidentlər çay süfrəsi arxasında söhbət ediblər.
Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar. Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər. Sərgidən məqsəd istehsalat müəssisələrinin məhsullarının təqdimatı və Mərkəzi Asiya ölkələri arasında ticarət
Sentyabrın 14-də Tacikistanın paytaxtı Düşənbə şəhərində “Dostluq Axşamı” konsert proqramı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlər konsertə baxıblar.
Sentyabrın 14-də Düşənbədə Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təltifolunma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət başçıları tədbirdə iştirak ediblər.
Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı. Sonra birgə foto çəkdirildi. Tacikistan Prezidenti Emoməli Rəhmon qonaqları salamlayaraq dedi: Azərbaycan Respublikasının Prezidenti, hörmə