Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bolqarıstanın xarici işlər naziri Georq Georqievi qəbul edib. Qonaq XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunaraq, bu tədbirdə vacib məsələlərin müzakirə olunduğunu vurğuladı. Georq Georqiev Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərinin olduğunu deyərək, əməkdaşlığımızın bu prinsiplər əsasında hərtərəfli inkişaf etdiyini bildirdi. Bu xüsusda, o, ölkələrimiz aras
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb. Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərini və səfər çərçivəsində Jelka Tsviyanoviç ilə keçirdiyi görüşü, aparılmış müzakirələri məmnunluqla xatırladı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Bosniya və
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb. İlk növbədə COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıran Bayram Beqay bu tədbir çərçivəsində aparılan danışıqlar prosesində ciddi nailiyyətlər əldə edildiyini və iqlim gündəliyi ilə əlaqədar vacib qərarların qəbul olunduğunu vurğuladı. Qonaq Azərbaycan ilə Albaniy
Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib. Dövlətimizin başçısı bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyini deyərək, Əsəd Məcid Xanın ölkəmizə səfərinin zirvə toplantısına hazırlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu vu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.