Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir. Dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı. Sonra birgə foto çəkdirildi. X X X Qeyd edək ki, bu tədbirin Şuşad
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Ankaradakı Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Dövlət başçıları birgə foto çəkdirdilər. Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi rəsmi şəxslər qarşıladılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri martın 14-də başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda Azərbaycan Prezidentini rəsmi şəxslər yola saldıla
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər. Əvvəlcə Almaniya Kansleri Olaf Şolts mətbuata bəyanatla çıxış etdi. Kansler Olaf Şoltsun bəyanatı - Hörmətli xanımlar və cənablar. Mən bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevi Berlində ürəkdən salamlayıram. Biz elə indicə ikitərəfli əməkdaşlığımızı necə dərinləşdirəcəyimi
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.