Baş nazir Əli Əsədov Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

25-07-2024 17:07:07

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit və digər istiqamətlərdə mövcud əlaqələrin davamlı inkişafından məmnunluq ifadə olunub. Eyni zamanda məhkəmə-hüquq sahəsində uzunmüddətli səmərəli tərəfdaşlıq təqdir edilib.

Ardını oxu

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi kollektivə təqdim olunub

25-07-2024 17:07:10

Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 23 iyul 2024-cü il tarixli Sərəncamı ilə Muxtar Respublika İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Cavid Kəngərli kollektivə təqdim olunub. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli xidmət rəisini təyinat

Ardını oxu

Naxçıvan Muxtar Respublikasında daha bir xidmət mərkəzi istifadəyə verilib

24-07-2024 17:07:44

İyulun 24-də Babək şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib. Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, muxtar respublikanın hökumət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılış tədbirində çıxış edən Na

Ardını oxu

İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub

24-07-2024 17:07:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub. “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və

Ardını oxu

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib

23-07-2024 12:07:04

22 iyul tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində istilik enerjisi təchizatı sahəsində 2024-2025-ci il payız-qış mövsümünə hazırlıq məsələləri, istilik təchizatını təmin edən qazanxana və istilik məntəqələrinin istismara hazırlıq vəziyyəti, habelə istilik xidmətlərinin göstərilməsində “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi və qarşısında duran

Ardını oxu

Naxçıvanda Milli Mətbuat Günü qeyd edilib

23-07-2024 09:07:29

Naxçıvanda Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. “Duzdağ” hotelində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, muxtar respublikada fəaliyyət göstərən media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövl

Ardını oxu