Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşı təqaüdə yola salınıb

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Aparatın Sosial məsələlər şöbəsinin baş məsləhətçisi, dövlət qulluğunun baş müşaviri Sevda İsmayılovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib. 
Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək 2009-cu ildən Nazirlər Kabinetində çalışan Sevda İsmayılovanın zəngin iş təcrübəsi ilə kollektivdə böyük hörmət və nüfuz qazandığını, uzun illər dövlətə  sədaqətlə xidmət etdiyini, təcrübəsindən çoxsaylı gənclərin bəhrələndiyini qeyd edib. Bildirilib ki, S.İsmayılova Naxçıvan Muxtar Respublikasının əməkdar dövlət qulluqçusu fəxri adı ilə təltif edilib. 
Digər çıxış edənlər Sevda İsmayılovaya bundan sonrakı həyatında sağlam ömür arzulayıblar. 
Sevda İsmayılova əməyinə və fəaliyyətinə verilən yüksək qiymətə və diqqətə  görə minnətdarlığını bildirib. 
 

10-04-2025 17-04-24