Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarış (maddə 39)
Maddə 39. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:
- muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
- muxtar respublikanın büdcəsini icra edir;
- muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;
- nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Nazirlər Kabinetində təmsil edir.