Oktyabrın 22-də Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunun açılış mərasimində iştirak edib. Tədbirdə çıxış edən Ə.Əsədov Tbilisi İpək Yolu Forumunun əhəmiyyətini vurğulayıb, cəmi bir neçə il ərzində forumun regional və qlobal gündəlikdə yer alan mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu və səmərəli beynəlxalq platforma kimi formalaşaraq özünü tam şəkildə təsdiq etdiyini bi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib. Estoniyanın xarici işlər naziri Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi, bu məsələdə Amerika Birləşmiş Ştatlarının Pr
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 21-də Gürcüstana işgüzar səfərə gəlib. Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında Baş nazir Ə.Əsədovu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri oktyabrın 21-də başa çatıb. Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yola saldı.
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar. Dövlətimizin başçısına bu il yaradılan Mərkəz barədə məlumat verildi. Qeyd olundu ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etmək
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.