İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

16-10-2025 14:32:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib. Söhbət zamanı qonağın Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakının önəminə toxunuldu. Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil edildiyini deyərək, həmin tədbirdə şəhərsalma məsələləri ilə bağlı çox aktual müzakirələrin aparıldığını vur

Ardını oxu

İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

15-10-2025 20:09:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qəbula görə təşəkkürünü bildirən Elina Valtonen, ilk növbədə, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da

Ardını oxu

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

13-10-2025 16:03:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir. Dövlətimizin başçısı Sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını sal

Ardını oxu

İlham Əliyev Misirə işgüzar səfərə gəlib

13-10-2025 09:03:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib. Şarm əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Ə

Ardını oxu

İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

10-10-2025 15:49:41

Oktyabrın 10-da Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Ardını oxu

Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

10-10-2025 14:06:07

Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış edib

Ardını oxu