Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı şəhərində inşa olunan internat tipli “Talıstan” liseyinin binasının açılışında iştirak edib. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dövlətimizin başçısına təhsil ocağında yaradılmış şərait barədə məlumat verdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivə
Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilib. İkinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeqi qəbul edib. Qonaq Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Abdel Vahab Abdel Razeq vurğuladı ki, Misir Prezidenti dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırlayır. Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bil
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib. Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirdi, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladı. Andrey Sibiqa Azərbaycanın Ukraynanı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Azi