İyunun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının Baş naziri Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gəlib. Düşənbə beynəlxalq hava limanında Ə.Əsədovu Tacikistan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Us
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukal ilə görüşüb. Görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Seneqal ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirildi. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu. O.Bukalın səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Və
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 2-də Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb. Görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olundu. “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərin beynəlxalq enerji əməkdaşlığının təşviqi baxımından əhəmiyyəti qeyd edildi. Görüş zamanı iki ölkə arasında enerji sahəsində əmək
İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Dövlətimizin başçısı görüşdə çıxış etdi: Prezident İlham Əliyevin çıxışı -Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatı dünən başa çatdı. Azərbaycan milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib. Con Ardill “ExxonMobil” şirkətinin rəhbəri Darren Vudsun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını şirkətin rəhbərinə çatdırmağı xahiş etdi. Görüşdə “ExxonMobil” şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümlədən “Azə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də ABŞ-ın “Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib. Söhbət zamanı “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin əhəmiyyətinə toxunularaq, bu tədbirlər zamanı qlobal enerji məsələləri ilə bağlı müzakirələrin aparıldığı vurğulandı. “