Mayın 28-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan və Türkiyə Prezidentlərinə görülən işlər barədə məlumat verib. Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ə
Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə ta
Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verdi. Qarabağın əsrarəngiz təbiətində, Laçın rayonunun dağ zirvəsində yerləşən bu məkan bölgənin turizm potensialını əks etdirən müasir istirahət mərkəzi olmaqla
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib. Dövlətimizin başçısını salamlayan sakinlər dedilər: Xoş gəlmisiniz, cənab Prezident. Prezident İlham Əliyev: Sağ olun. Sakin: Cənab Prezident, üçüncü dəfədir Sizinlə görüşürük. Prezident İlham Əliyev: Salam, necəsiniz? Sakin: Çox sağ olun. Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədirmi? Sakin: