Aprelin 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ilə görüşüb. Görüşdə Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olundu. Bakıda keçiriləcək Azərbaycan Respublikası və Moldova Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gəlib. Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində Aparatın Sosial məsələlər şöbəsinin baş məsləhətçisi, dövlət qulluğunun baş müşaviri Sevda İsmayılovanın təqaüdə yola salınması münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək 2009-cu ildən Nazirlər Kabinetində çalışan Sevda İsmayılovanın zəngin iş təcrübəsi ilə kollektivdə böyük hörmət və nüfuz qazandığını, uzun illər
Naxçıvan Muxtar Respublikasında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə meşəsalma tədbiri həyata keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev iştirak edib.
ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi qəbul edib. Prezident İlham Əliyev son dövrlərdə Azərbaycanın və İranın yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşımasını məmnunluqla qeyd edərək, bunun ölkələrimiz arasında dostluğun mö