Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, “Universal International Holdings Limited” şirkətinin baş icraçı direktoru Yi Nan dövlətimizin başçısını qarşıladılar. Prezident İlham Əliyevə “Qobustan” Günəş Elektrik Stansiyası,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Hakan Fidan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi. Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib. Qonaq ilk növbədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 14-də Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə AİB arasında formalaşmış uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd olunub. Nəqliyyat, enerji, su təchizatı, maliyyə, təhsil, səhiyyə və digər sahələrdə birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, dövlət–özəl tərəfdaşlığı mex
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib. Söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşləri məmnunluqla xatırlandı. Ölkəmizlə Müsəlman Ağsaqqalları Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıq qeyd olundu. Eyni zamanda, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın qlobal səviyyədə oy