Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 30-da Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıqhan ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu. İki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın Bakıda keçirilmiş 11-ci iclasının əhəmiyyəti vurğulandı. Azərbaycanın əmək
Mayın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə görüşüb. Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğu vurğulanıb. Tərəflər Azərbaycan ilə Ulyanovsk vilayəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli faydalı tərəfdaşlığın daha da inkişa
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da alternativ investisiyaların idarə edilməsi üzrə Avropanın ən böyük və nüfuzlu investisiya şirkətlərindən biri olan “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədri Rolli Van Rappardı qəbul edib. Ölkəmizdə davamlı inkişaf proseslərinin getdiyini vurğulayan Rolli Van Rappard Azərbaycanın bir çox sahədə əldə etdiyi nailiyyətlərin çox təqdirəlayiq olduğunu bildirdi. Qonaq “CVC C
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə sakinlərlə söhbət etdilər. Prezident İlham Əliyev: Salaməleyküm. Sakinlər: Cənab Prezident, xoş gəlmisiniz. Qədəmləriniz mübarək. Allah Sizi qorusun. Mehriban xanım Əliyeva: Sizi təbrik edirəm. Sakin: Çox sağ olun. Prezide
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov görülən işlər barədə məlumat
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Şotlanlı kəndinin təməlini qoyub. Dövlətimizin başçısına layihə barədə məlumat verildi. Qeyd olundu ki, Şotlanlı kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. Sakinlər buraya Qubadlı rayonunun Zilanlı kəndindən köç ediblər. Kənddə 606 ailə - 2542 nəfər rəsmi qeydiyyatda olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandar