Aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ şəhəri ilə tanış edilib.
Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı - Hörmətli cənab Baş nazir. Hörmətli qonaqlar, xanımlar və cənablar. İlk növbədə, cənab Baş nazir, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bizim görüşlərimiz
Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşıladı. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdirdilər. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin olduğu qeyd edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri aprelin 6-da başa çatıb. Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan Prezidenti Emoməli Rəhmon yola saldı.
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Tacikistan Prezidenti bəyanatla çıxış etdi. Prezident Emoməli Rəhmonun bəyanatı -Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi Tacikistan Respublikasına dövlət səfəri münasibə
Aprelin 5-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub.