Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib. Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji xarakter daşıdığını deyən dövlətimizin başçısı əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, ikitərəfli münasibətlərin gündəliyinin geniş olduğunu bildirdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana
İyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ilə görüşüb. Hökumət başçıları əvvəlcə təkbətək görüş keçirərək ikitərəfli gündəliyin aktual məsələlərinə toxundular. Sonra Baş nazirlər Ə.Əsədov və A.Smailov iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdirdilər. Görüşdə A.Smailovun Qazaxıstanın Baş naziri vəzifəsinə yenidən təyin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysı qəbul edib. Haysam Əl-Qays, ilk növbədə, Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, Şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şahzadə Əbdül Əziz bin Salman Əl-Səuda çatdırmağ
Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə iyunun 17-də Zəngilan Beynəlxalq Hava Limanından Bakıya yola düşüblər.
İyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub. Tatarıstan Respublikasının Rəisini salamlayan Prezident İlham Əliyev dedi: -Hörmətli Rüstəm Nurqaliyeviç, bir daha xoş gəlmisiniz. Mən yeni görüşümüzə çox şadam. Əlbəttə, bu gün birgə Mərkəzin açılışı əlamətdar hadisədir. Lakin daha vacibi bizim sizinlə
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar. Prezident İlham Əliyev və Rüstəm Minnixanov elektromobillərlə Ağalı kəndini gəzdilər. Qeyd edək ki, bu günədək Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə ümumilikdə 86 ailə - 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı