Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
Avqustun 5-də Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 4 avqust tarixli sərəncamları ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Anar Babayev, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Nurlan Hacıyev və Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Naim Cahidzadə ictimaiyyətə və müvafiq kollektivlərə təqdim ediliblər. Təqdimat mərasimlərindən əvvəl Naxçıvan Muxtar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verdi. Bildirildi ki, bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Sə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iyulun 31-də başa çatıb. Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Baş naziri Adılbek Kasımaliyev və digər rəsmi şəxslər yola saldılar.
İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikis
İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəldi. Qırğızıstan Prezidenti Sadır Japarov dövlətimizin başçısını və görüşdə iştirak edən digər prezidentlər