İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilib.
İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub. Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi: -Hörmətli İlham Heydər oğlu, Sizi bir daha görməyimə şadam. Qarşılıqlı fəaliyyətimizin miqyası böyükdür, mənə elə gəlir ki, hətta hər gün, hər ay görüşsək, danışmaq üçün mövzularımız var. Diqqətinizi ona cəlb etmək istəyirəm ki, əsas məsələ -
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis məktəbində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan MR daxili işlər naziri Süleyman Neymətovun iştirakı ilə “Polis Günü”nə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib. Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəh
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verdi. Tankerə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumu
İyulun 1-də Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yaşayan fiziki imkanları məhdud vətəndaş Xanım Hüseynovaya avtomobil hədiyyə edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vətəndaşı evində ziyarət edib, avtomobili və onun sənədlərini təqdim edib. Fuad Nəcəfli Xanım Hüseynovanı yeni avtomobillə təmin olunması münasibətilə təbrik edib, gələcək həyatında uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini qəbul edib.