Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Qəbula görə dövlətimizin başçısına təşəkkürünü bildirən Şamil Ayrım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlı
Avqustun 30-da Naxçıvan Dövlət Milli Dram Teatrında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunların mükafatlandırılması tədbiri keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib. Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Naxçıvan təhsilinin yeni uğurunu qeyd etməkdən məmnunluğunu ifadə edib, Naxçıv
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
Avqustun 28-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan “LANDAU School” Təhsil Kompleksinin məktəbinin və “The Grand” apart hotelinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər. “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Prezident İlham Əliyevə görülən işlər, o cümlədən “Sea Breeze”in əsas layihələri -
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər yola saldılar.
Avqustun 23-də Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.