Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Naxçıvan Muxtar Respublikası ilə Asiya İnkişaf Bankı əlaqələrindən, həyata keçirilən layihələrdən bəhs olunub, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Ümummilli lider Heydər Əliyev deyib: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”. Aparılan araşdırmalar nəticəsində burada tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar olunub
Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, enerji, ərzaq təhlükəsizliyi, sabitliyin qorunması vacib məsələlərdir. Ona görə də bugünkü müşavirədə veriləcək tapşırıqlar yerlərdə müzakirə edilməli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət olun
Avqustun 26-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edib, gələcək təhsildə gənclərə uğurlar arzulayıb. Naxçıvan Muxtar Respub
Avqustun 22-də - “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümündə 5-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib. Bildirilib ki, 5-ci sərhəd zastavas
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “...bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var”. Bu gün ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan