Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib. Görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı. Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri vurğuladı. COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərç
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi qəbul edib. Nurlanbek Şakiyev Qırğızıstan Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı ötən ilin oktyabrında Qırğızıstana səfərini məmnunluqla xatırladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Mart
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib. Görüşdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin önəmi qeyd edildi. Dövlətimizin başçısı 1996-cı il iyunun 4-də “Şahdəniz” yatağına dair Sazişin imzalandığını xatırlayaraq, məhz bu gün
İyunun 4-də Minskdə Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qonaq qismində iştirak edib. İclasda çıxış edən Ə.Əsədov bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə tərəfdaş dövlətlərlə ikitərəfli formatda sıx əlaqələri mövcuddur. “Ən yüksək səviyyədə etibarlı və intensiv siyasi dialoq bunun bariz sübutudur. Bu ilin əvvəlindən Qazaxıstan,