Prezident “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib

23-12-2025 15:36:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına həyata keçirilmiş işlər barədə məlumat verdi. Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yar

Ardını oxu

Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib

23-12-2025 15:31:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib. Dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verildi. Bildirildi ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur böl

Ardını oxu

İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb

23-12-2025 14:48:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb. Prezident İlham Əliyev sakinləri salamladı. Sakinlər: Salam, xoş gəlmisiniz, cənab Prezident. Prezident İlham Əliyev: Sağ olun, siz də xoş gəlmisiniz. Sakinlər: Çox şükür. Allah Sizi qorusun. Prezident İlham Əliyev: Sağ olun. Sakin: Allah Sizi qorusun, mənim komandanım, Allah Sizi var eləsi

Ardını oxu

Prezident Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib

23-12-2025 14:41:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri yüksək səviyyədə və qısa müddətdə həyata keçirilib. Burada ümumilikdə 17 sinif otağı, l

Ardını oxu

İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub

23-12-2025 14:00:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verdi. Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu

Ardını oxu

Naxçıvanda “Dövlət qurumları informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VII Zirvə toplantısı” keçirilib

23-12-2025 13:51:23

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsində koordinasiyanın gücləndirilməsi, aktual risklərin və strateji yanaşmaların müzakirəsi məqsədilə “Dövlət qurumları informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VII Zirvə toplantısı” təşkil olunub. Zirvə toplantısı Naxçıvan Muxtar Respublikasında keçirilib və tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlə

Ardını oxu