Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla andı. Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini yad etdi. Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əl
Noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif birgə nahar ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 7-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü olub. Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşıladı. Dövlətimizin başçısı və Pakistanın Baş naziri birgə foto çəkdirdilər. Görüşdə dövlətimizin başçısı Vətən müharibəsində şanlı Qələbənin beşinci ildönümü münasibətilə sabah Bakıda keçiriləcək hərbi para
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə dövlətimizin başçısını təbrik edərək, bununla bağlı keçiriləcək hərbi parada dəvətə görə təşəkkürünü bildirdi. Qonaq, həmçinin Slovakiyanın
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir. NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunma
Noyabrın 5-də Naxçıvan Muxtar Respublikasında 8 Noyabr –Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planı çərçivəsində Naxçıvan Dövlət Universitetində “Zəfər irsi” adlı konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Naxçıvan şəhərində yerləşən Zəfər abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Sonra ali təhsil ocağında İncəsənət fakültəsinin tələbələrinin 8 Noyabr – Zəfər Gününə həsr olunan 60-dan