Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 9, maddə 998; 2025, № 4 (I kitab), maddə 333, № 7, maddə 646, № 8, maddə 761) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında iqtisadi islahatların davamı olaraq faydalı qazıntı yataqlarının öyrənilməsi, istismarı və idarə olunması sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasını, innovativ texnologiyalar tətbiq edilməklə çevik icra və nəzarət mexanizminin qurulmasını, habelə bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla normativ hüquqi aktların təkmil
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 405 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 fev
Hörmətli Baş katibin müavini, Zati-aliləri, Xanımlar və cənablar, Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) 82-ci sessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə görə Baş katibin müavininə dərin təşəkkürümü bildirmək istəyirəm. BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantı
Hörmətli cənab Prezident. Əziz Qardaşım. Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Tür
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Hikmət Baba oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 16 aprel 2026-cı il