İlham Əliyev göstərdiyi dəstəyə görə Albaniyanın Baş nazirinə minnətdarlıq edib

10-03-2026 11:43:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Ramaya İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib. Bu barədə Prezidentin "X" hesabında paylaşım edilib. Paylaşımda deyilir: "Mən Albaniyanın Baş naziri Edi Ramaya İran dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumlarından sonra Azərbaycana göstərilən sarsılmaz dəstəyə gö

Ardını oxu

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei həzrətlərinə

10-03-2026 11:37:07

Möhtərəm Ayətullah Xamenei həzrətləri. İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın ira

Ardını oxu

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

10-03-2026 11:35:16

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücum, həmçinin mülki əhalini təhlükə altına qoyan bu hadisə ilə əlaqədar Slovakiya Respublikası adından və şəxsən öz adımdan səmimi həmrəyliyimi bildirmək istəyirəm. Biz bu hücumu qətiyyətlə pisləyirik. Bu cür davranış qəbuledilməzdir, b

Ardını oxu

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçdən

10-03-2026 11:33:56

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazisinə etdiyi hücumlarla əlaqədar Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü qismində Sizə tam dəstəyimi və həmrəyliyimi ifadə edirəm. Biz bu hücumları qəti şəkildə qəbuledilməz və dərin narahatlıq doğuran hal hesab edirik. Həmin hücumlar regional sabitlik və təhlükəsizlik üçün ciddi təhdiddir.

Ardını oxu

Çex Respublikasının Baş naziri Andrey Babişdən

10-03-2026 11:33:13

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. Martın 5-də Naxçıvana dron hücumu ilə bağlı xəbəri böyük narahatlıqla qarşıladım. Bu hücum zamanı hava limanı da daxil olmaqla, mülki obyektlərə zərbələr endirilib, dronlar məktəbin yaxınlığında yerə düşüb və bir neçə nəfər yaralanıb. Bu hücum beynəlxalq hüququn kobud şəkildə pozulması və qəbuledilməz zorakılığın artması deməkdir. Sizin haqlı

Ardını oxu

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

06-03-2026 18:37:57

Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində

Ardını oxu