Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır: Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyi təsis edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 12 iyun 2026-cı il
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Malavi Respublikasının Hökuməti və xalqı adından təbrik etməkdən məmnunam. Fürsətdən istifadə edərək ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də dərinləşməkdə davam edəcək. Zat
Hörmətli Sammit iştirakçıları, Sizi “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin açılışı münasibətilə salamlayıram. İnsan hüquqları sahəsində yeni qlobal çağırışlara həsr olunmuş bu Sammitin 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu tarix Azərbaycan Respublikasının Ümummilli Lideri He
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram. Hörmətlə, Heytəm bin Tariq Al Səid Omanın Sultanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Cavadov Emin Ağacavad oğlu Cəmilov Rüfət Rüstəm oğlu Ələkbərov Cəbrayıl Ələkbər oğlu Hacıyeva Adilə Sabir qızı İslamzadə Fuad İslam oğlu Kosayev Cəmaləddin Vahid o
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə Məhəmməd Süleyman Əl-Casir “Dostluq” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 iyun 2026-cı il