Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

16-06-2026 16:59:00

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Niderland Krallığının Baş naziri Rob Yetten arasında telefon danışığı olub.

Ardını oxu

Tunis Respublikasının Prezidenti Kays Sayiddən

16-06-2026 16:09:41

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan və Tunis xalqı adından ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, davamlı rifah, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm. Ölkələrimiz arasında mövcud qardaşlıq bağlarını daha da möhkəm

Ardını oxu

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

16-06-2026 16:09:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ixracını

Ardını oxu

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

16-06-2026 09:13:01

Hörmətli konfrans iştirakçıları! Sizi “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda ürəkdən salamlayıram. 2022-ci ildən başlayaraq təşkil olunan bu mötəbər beynəlxalq tədbir müasir dövrdə baş verən mürəkkəb geosiyasi proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşviq etdiyi regional sülh və sabitlik mühitinin yaradılması ideyasının vacib tərkib hissəs

Ardını oxu

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

16-06-2026 09:11:56

Hörmətli cənab Prezident, Əlamətdar yubileyiniz – anadan olmağınızın 80 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi yetirməkdən, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, güclü və qüdrətli dövlətin görkəmli Lideri kimi ali dövləti fəaliyyətinizdə daim uğurlar və yeni-yeni nailiyyətlər arzulamaqdan məmnunluq duyuram. Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın təşəkkülündə və dərinləşməsində Sizin əvəzsiz xidmətləriniz vardır və b

Ardını oxu

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

16-06-2026 09:11:05

Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Hazırda dostluğa, qarşılıqlı hörmət və etimada əsaslanan dövlətlərarası əlaqələrimiz, siyasi, iqtisadi-ticari, investisiya, enerji, o cümlədən bərpaolunan enerji və digər sa

Ardını oxu