Monteneqronun Prezidenti Yakov Milatoviçdən

02-06-2026 10:29:21

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm. Ölkənizə və dost Azərbaycan xalqına davamlı tərəqqi, rifah və firavanlıq arzulayıram. Monteneqro və Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət, etimad və anlaşma əsasında qurulmuş ənənəvi dostluq münasibətlərinin

Ardını oxu

Kambocanın Kralı Norodom Sihamonidən

02-06-2026 10:28:28

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, Sizə cansağlığı, şəxsi rifah, xalqınıza isə tərəqqi və firavanlıqla bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm. Mən Kamboca Krallığı ilə Azərbaycan Respublikası arasında mehriban dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm.

Ardını oxu

İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

02-06-2026 10:18:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı səmimi-qəlbdən təbrik edirəm. 28 May milli dirçəliş, dövlətçilik və demokratiya dəyərlərinə sadiqliyin rəmzi kimi Azərbaycanın tarixində xüsusi yerə malikdir. Bu gün Azərbaycan güclü, müasir və dinamik şəkildə inkişaf edən, beynəlxalq arenada öz mövqeyini inamla

Ardını oxu

Q.S.Qurbanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında

02-06-2026 10:13:47

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                   Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 1 iyun 2026-cı il 

Ardını oxu

Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

02-06-2026 10:13:07

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır: Azərbaycan Respublikasının Quba rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəyişdirilsin: 1. Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılsın və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab edilsin.

Ardını oxu

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

02-06-2026 10:11:08

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan Sizə təbriklərimi çatdırıram. İcazə verin, Sizə və bütün Azərbaycan xalqına davamlı sülh, sabitlik, əmin-amanlıq və tərəqqi arzulayım. Qoy, müstəqillik və suverenlik tərəqqi və birliyin təməli olmaqda davam etsin!

Ardını oxu