Hörmətli iştirakçılar, Hamınızı Ümumdünya Ətraf Mühit Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın regionda ilk dəfə olaraq bu qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq naminə kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin göstəricisidir. XXI əsrdə ətraf mühitin
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri cənab Prezident. Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan sevinc duyuruq. Fürsətdən istifadə edərək ölkələrimizi və xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələrini alqışlamaqdan məmnunluğumuzu ifadə edir, bu əlaqələrin birgə maraqlar naminə daha da gücləndirilməsi niyy
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu. Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Allahın salamı, rəhməti və bərəkəti üzərinizdə olsun. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram. Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm. Hörmətlə, Salman bin
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri cənab Prezident. Dost Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm. Ən yüksək hörmət və ehtiramla, Şeyx Abdullah bin Həməd Al Tani Qətər Dövləti Əmirinin müavini
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri. Dost ölkənizin Müstəqillik Günü münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı, xoş arzularla dolu təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, qardaş ölkənizə davamlı tərəqqi və firavanlıq, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etməsini və möhkəmlən