Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Moldova xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Bu bayram münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına sülh və rifah arzulayıram. Moldova Cənubi Qafqazda davamlı sülhə ümid edir və biz inanırıq ki, dialoq və əməkdaşlıq sabitliyə və tərəqqiyə aparan ən etibarlı yoldur.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu. Sizə və dost Azərbaycan xalqına ölkənizin milli bayramı münasibətilə tacik xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi göndərirəm. Etibarlı tərəfdaşımızın sosial-iqtisadi inkişafda və beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində qazandığı uğurlara ürəkdən sevinirik. Ölkələrimiz arasında möhkəm tarixi dostluq və qarşılıql
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri, əziz həmkarım. Sizi və dost Azərbaycan xalqını ölkənizin Müstəqilliyi Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Ölkələrimiz arasında hazırkı strateji tərəfdaşlıq bizim tarixi əlaqələrimizin məntiqi davamıdır. Sizin Gürcüstana olduqca səmərəli dövlət səfəriniz
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan beynəlxalq nüfuzu ilə qürur duyan suveren, inkişaf etmiş və gələcəyə inamlı dövlətin qurulması üzrə Sizin həyata keçirdiyiniz kursun nəticələrini Belarusda yüksək qiymətləndirirlər. Strateji Belarus-Azərbaycan tərəfdaş
Hörmətli cənab Baş nazir, Əziz Qardaşım, Ölkənizin cənub-qərbində sərnişin qatarını hədəf alan xain terror aktı nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizə aparılmasını labüd hesab edirik. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həl
Hörmətli cənab Sədr, Şansi əyalətində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı