Mayın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix ilə görüşüb.
Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğu vurğulanıb.
Tərəflər Azərbaycan ilə Ulyanovsk vilayəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər.
Qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.