Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini ulu öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz”. Bu gün dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf və tərəqqi dövrünü yaşayır. Sabitlik və sürətli sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri, açılan yeni iş yerləri, istehsal və xidmət sahələrinin yaradılması dövlət müstəqilliyinin bəhrələridir.
Oktyabrın 18-də - Müstəqilliyin Bərpası Günündə Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni inzibati bina isifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə tanış olub.
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev çıxış edərək maliyyə orqanlarının fəaliyyəti üçün yaradılan şəraitə görə nazirliyin kollektivi adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Şahbuz Rayon Statistika İdarəsinin əməkdaşı Aytən Rüstəmli kollektiv adından minnətdarlıq edib.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binanın 2 girişi vardır. Şahbuz Rayon Maliyyə Şöbəsi üçün binada 17 iş otağı, server, kombi və elektrik otağı, bufet nəzərdə tutulub. Binada şöbə əməkdaşlarının hər biri üçün ayrıca otaq, eləcə də qəbul otağı, əməliyyatların operativliyini təmin etmək üçün xəzinə əməliyyatı otağı, arxiv vardır. Şahbuz Rayon Statistika İdarəsi üçün isə 7 iş otağı ayrılıb.
Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi ilə aid nazirlik və komitə arasında fasiləsiz elektron əlaqə təmin edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Binanın həyətində yaşıllaşdırma işləri aparılıb, su və işıqlandırma sistemləri qurulub.