Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün inşa olunan binanın layihəsinə baxıb, tikinti işləri ilə də maraqlanıb.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binada dəmir-beton işləri yekunlaşdırılıb. Tikinti işləri yekunlaşdıqdan sonra binada Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Turist-Diyarşünaslıq Mərkəzinin fəaliyyəti üçün şərait yaradılacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.