Nazirlər Kabinetinin kollektivi Naxçıvan Biznes mərkəzində olublar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də Naxçıvan xalqının tarixi keçmişinin,mədəni irsinin öyrənilməsində əhəmiyyətli rol oynayır.

Sərəncamın icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Biznes Mərkəzi ziyarət olunan muzeylər siyahısına daxil olunub.

Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşları  Naxçıvan Biznes Mərkəzində olublar.Mərkəzlə  tanışlıq zamanı birlirilib ki, 2013-cü ildən istifadəyə verilən mərkəzin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili , biznes planların hazırlanmasında metodoloji köməkliyin göstərilməsi, muxtar respublikada istehsal olunan məhsulların sərgisinin  təşkili, həmçinin xalq yaradıcılığı sahələrinin təbliğidir.

Qeyd olunub ki, sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 78 emal və xidmət müəssisəsi tərəfindən istehsal olunan 166 adda 1293 çeşiddə məhsulların sərgisi həyata keçirilir. Sonra əməkdaşlar mərkəzdə yerli istehsal məhsulları, sərgi və satışı təşkil olunan xalq yaradıcılığı nümunələri və rəsm əsərləri eləcə də Naxçıvan Muxtar Respublikasında  fəaliyyət göstərən sənaye və təsərrüfat sahələrinin xəritəsi ilə tanış olublar.

25-12-2021 15-12-43