Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Havuş kəndinə gəlib, kənd tam orta məktəbində dərs prosesi ilə maraqlanıb, pedaqoji kollektivlə söhbət edib. Bildirilib ki, məktəb bu il yüz faizlik nəticə göstərib.
Sonra Ali Məclisin Sədri şagirdlərə hədiyyələr təqdim edib.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Valeh Musayev məlumat verib ki, kənd əhalisi əsasən, heyvandarlıq, bağçılıq, arıçılıqla məşğul olur. Kəndin ərazisində dərman bitkiləri yetişir ki, onlar da toplanaraq festivallarda, yarmarkalarda satışı həyata keçirilir. Kənddə məskunlaşma artıb. Son altı ildə kənddə 18 yeni ev tikilib. Hazırda isə iki evdə tikinti işləri aparılır.