Noyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar kənd avtomobil yolunda yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, kənddə 900 metr əsas, 6180 metr kənddaxili yollara asfalt örtük salınıb, 3700 metr kənddaxili yollara qum-çınqıl qatı verilib, 12 metal boru su keçidi qoyulub, 994 metr beton su kanalı çəkilib, 1 körpü tikilib.
Sonra sakinlərlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə sakinləri təbrik edib, məktəbin və kənd yolunun qurulmasında əməyi olanlara təşəkkürünü bildirib, sakinlərə rahat həyat arzulayıb.
Kənd ağsaqqalı İsmayıl Xəlilov görülən işlərə görə dövlətimizə minnətdarlıq edib.