Baş nazir Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 17-də İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.

Görüşdə X.Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.

Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.

18-11-2024 09-11-50