Səlahiyyətli nümayəndə Babək rayonunda vətəndaşları qəbul edib

Noyabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayonunda vətəndaşları qəbul edib.   Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Babək şəhərində ucalan abidəsi ziyarət edilib.   Sonra vətəndaşları, eləcə də şəhid ailəsi üzvləri və qaziləri qəbul edən səlahiyyətli nümayəndə onların hər biri ilə fərdi qaydada söhbət edib, problem və şikayətlərini dinləyib. Bildirilib ki, müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.    

27-11-2024 14-11-28