Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən Sərəncam imzalanıb

Avtomobil yolu layihələrinin hazırlanması, seçilməsi və maliyyələşdirilməsi məsələlərinin tənzimlənməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq  tarixli Sərəncam imzalanıb.
Adıçəkilən Sərəncama əsasən “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxs muxtar respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri və prioritetləri, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, habelə aidiyyəti orqanların texniki-iqtisadi cəhətdən  əsaslandırılmış təklifləri əsasında 2025-ci il üçün 2024-cü il dekbarın 16-dan gec olmayaraq, növbəti illər üçün hər il oktyabrın 15-dən gec olmayaraq  növbəti ildə tikinti, yenidənqurma və təmir işləri aparılacaq avtomobil yollarının siyahısını tərtib etməli,Agentlik tərəfindən siyahının hazırlanması zamanı müvafiq sahədə həyata keçirilən mühüm layihələrin məqsəd və vəzifələrini, eləcə də qurulacaq yol infrastrukturunun digər sahələrə olan təsirləri nəzərə alınaraq aidiyyəti mühəndisi kommunikasiyaların mülkiyyətçiləri və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra investisiya təklifləri hazırlanmalıdır.
Sərəncama uyğun olaraq Agentlik layihələrin ilkin əsaslandırılmasını, strukturunu  və qiymətləndirilməsini özündə əks etdirən təkliflərini Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməli, İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy verilmiş layihələrin texniki-iqtisadi əsaslandırmasını, qiymətləndirilməsini və layihə-smeta sənədlərinin  hazırlanmasını təmin etməlidir. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Maliyyə nazirlikləri tərəfindən iqtisadi səmərəliliyi  və sosial faydalılığı müəyyən edilmiş və müvafiq rəy verilmiş layihələr  barədə 2025-ci il üçün 2024-cü il dekabrın 25-dən, növbəti illər üçün hər il noyabrın 10-dan gec olmayaraq  Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim edilməlidir. 
 

10-12-2024 18-12-28