Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən Sərəncam imzalanıb

Təhsil, səhiyyə, mədəniyyət və icbari tibbi sığorta sahələrində qarşıda duran vəzifələrin  vaxtında və düzgün icra edilməsi,mövcud nöqsanların aradan qaldırılmasının sürətləndirilməsi,idarəetmənin təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən 6 dekabr 2024-cü il tarixdə Sərəncam imzalanıb. 
Adıçəkilən Sərəncama əsasən Azərbaycan Respublikasının anoloji dövlət  orqanının sisteminə inteqrasiya, müvafiq sahə üzrə ölkədə formalaşmış uğurlu təcrübənin muxtar respublikada tətbiqi,habelə dövlət xidmətlərinin göstərilməsi metodologiyasının ölkə təcrübəsinə uyğunlaşdırılması elektron informasiya sistemlərinin vahid bazada birləşdirilməsi, o cümlədən bilik və təcrübə mübadiləsinin aparılması və Azərbaycan Respublikasının anoloji dövlət orqanının tabeliyindəki təşkilatların resurslarından birgə istifadəyə dair  əməkdaşlığın qurulması təşkil edilməlidir.Müvafiq sahə üzrə normativ hüquqi bazanın və fəaliyyətlərini tənzimləyin  normativ  hüquqi aktların təkmilləşdirilməsi və ölkə qanunvericiliyinə uyğunlaşdırılması zərurəti olan hallar üzrə təkliflər hazırlayıb Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim edilməlidir.
 Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tikintisi davam etdirilən və qəzalı vəziyyətdə olan ümumi təhsil müəssisələri tərəfindən tədris prosesinin ən optimal təhsil müəssisəsində təşkilini təmin etməli, təhsilalanların Qanunla müəyyən olunmuş hüquqlarının təmini istiqamətində zəruri tədbirlər görməlidir. 
Həmçinin Sərəncamda Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Tibbi Müəssisələrinin İdarəetmə Birliyi”publik hüquqi şəxsi əlilliyin qiymətləndirilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə bağlı ölkədəki anoloji təcrübənin muxtar respublikada tətbiqini və bu sahədə fəaliyyət göstərən dövlət qurumları ilə  qarşılıqlı koordinasiyanı təmin etməli, müvafiq komissiyaların birgə fəaliyyətinin təşkilinə dair iş aparılmalıdır. 
Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikasının  Mədəniyyət Nazirliyi muxtar respublikada yerləşən daşınmaz mədəni irsin, həmçinin arxeoloji abidələrin inventarlaşdırılması,sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi, pasportlaşdırılması və xəritələrinin hazırlanması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması təmin edilməlidir. 
 

16-12-2024 14-12-23