Nazirlər Kabineti tərəfindən Qərar qəbul edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 16 dekbar 2024-cü il tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin  Kollegiyasının tərkibi təsdiq edilib.
Qərara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib. 
Qeyd edək ki,Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri kollegiyanın sədri, Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri, Nazirliyin Aparat rəhbəri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan  Avtomobil Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri, Nazirliyin tabeliyində “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru, Nazirliyin tabeliyində ”N-telekom” publik hüquqi şəxsin İdarə Heyətinin sədri kollegiyanın üzvləri olaraq müəyyənləşdirilib. 

17-12-2024 18-12-41