Baş nazir Əli Əsədov Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Dekabrın 15-də Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinin üzvləri Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər, abidəsi önünə əklil qoyublar.

16-12-2022 12-12-32