Baş nazir Əli Əsədov qazaxıstanlı həmkarının dəvəti ilə Almatıya işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun dəvəti ilə yanvarın 30-da Almatı şəhərinə işgüzar səfərə gəlib.
Almatı Beynəlxalq Hava Limanında Ə.Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin müavini - hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar.
Ə.Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək. O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində  iştirak edəcək.

30-01-2025 17-01-17