Ölkənin dövlət orqanları (qurumları) tərəfindən formalaşdırılmış informasiya sistemləri və ehtiyatlarına muxtar respublikanın anoloji dövlət orqanlarının (qurumlarının) informasiya resurs bazalarının inteqrasiyasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən 2025-ci il 24 fevral tarixində Sərəncam imzalanıb.
Adıçəkilən Sərəncama uyğun olaraq ölkənin dövlət orqanları (qurumları) tərəfindən formalaşdırılmış informasiya sistemləri və ehtiyatları muxtar respublikanın aidiyyəti dövlət orqanları(qurumları) tərəfindən təhlil edilməli və 2025-ci ilin 01 mart tarixinədək fəaliyyət istiqamətlərinə uyğun olaraq siyahı tərtib edilərək Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət orqanları (qurumları) informasiya resurs bazalarının tərtib edilmiş siyahı üzrə ölkənin anoloji informasiya sistemləri və ehtiyatlarına inteqrasiyasının tətbiqi imkanlarını araşdırmalı və prosesin icrasına dair tədbirlər planını 2025-ci ilin 15 aprel tarixinədək Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.