Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib


Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və ictimaiyyət nümayəndələri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər.
Abidə önünə güllər qoyulub, Xocalıda soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsinə ehtiram ifadə olunub.
 

26-02-2025 14-02-34