Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə pisləyirik.
Səfirliyin həlak olan mühafizə xidmətinin zabiti Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik."