Fevralın 1-də Babək rayonunun Vayxır Kənd Mərkəzinin və Həkim Ambulatoriyasının açılışı olmuşdur.
Məlumat verilmişdir ki, binanın tikintisinə 2022-ci ilin mart ayında başlanılmışdır. 3 mərtəbədən ibarət olan binada – baş həkim, qeydiyyat, manipulyasiya, peyvənd, mama, doğuş, stomatoloq, palata, əczaxana, ATS, poçt, polis üçünotaqlar, həmçinin Yeni Azərbaycan Partiyasının işçiləri üçün, Bələdiyyənin işçiləri üçün, qəbul üçün, İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin işçiləri üçün, Mədəniyyət evi işçiləri üçün otaqlar, 44 yerlik iclas zalı, kitabxana, kitabxana işçiləri üçün otaq, arxiv, əlavə olaraq 5 ədəd iş otağı, qazanxana və 3 ədəd sanitar qovşaq yerləşir.
Bina istilik, elektrik və su sistemi ilə təchiz olunmuş, ətrafında geniş abadlıq işləri aparılmışdır. Belə ki, həyətə kilid daş və travertin pilitələr döşənmişdir. Həyətdə ağaclar, gül kolları əkilmiş, ətraf ərazi işıqlandırılmış və suvarma sistemi ilə təchiz olunmuşdur.