Həmin gün Vayxır kəndində yeni xidmət mərkəzinində açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikasının Baş naziri xidmət mərkəzində yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, binanın tikintisinə 2022-ci ilin may ayında başlanmışdır. 1 mərtəbədən ibarət olan binada ərzaq malları, təsərrüfat və sənaye malları mağazası, ət satışı mağazası, dərzi, bərbər, qadın gözəllik salonları və 2 ədəd anbar yerləşir.
Bina istilik, elektrik və su sistemi ilə təchiz olunmuş, ətrafında abadlıq işləri aparılmışdır. Həyətdə ağaclar, gül kolları əkilmiş, ətraf ərazi işıqlandırılmış və suvarma sistemi ilə təchiz olunmuşdur.