“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69 (Cild I); 2024, № 10, maddə 1109) 2.10-cu maddəsindən “III,” rəqəmi çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 fevral 2026-cı il

10-03-2026 12-03-29