Naxçıvanda sahibkarlara dəstək məsələləri müzakirə edilir

Naxçıvanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək müzakirə edilir.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti  bu gün Naxçıvan Muxtar Respublikasına gəlib.

Qonaqlar ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər. Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə regionun iqtisadi potensialı, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək barədə məsələlər müzakirə olunub. Hazırda Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüş keçirilir.

07-02-2023 14-02-38